20 YANVAR - QAN YADDAŞIMIZ

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu il xalqımız 20 Yanvar hadisələ­rinin 27-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığınınformalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği istiqamətində məktəbin fəaliyyət planının 1.3.16-cı bəndinə müvafiq olaraq məktəbdə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar guşə və rəsm sərgisi təşkil edildi, inşa müsabiqəsi və fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə dama yarışı keçirildi. Yarışın sonunda qaliblər diplomlarla təltif edildi. 5 b sinfində ''ŞƏHIDLƏR ÖLMƏZ, VƏTƏN BÖLÜNMƏZ'' adli açıq dərs keçirildi. Şagirdlər 20 Yanvar - qan yaddaşımızı əks etdirən şeirlər söylədilər, həmin günlərə aid oxuduqları məlumatları təqdim etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi