Məktəbin beynəlxalq əlaqələri genişlənir

13-14 yanvar 2017-ci il tarixlərində Binəqədi rayonu N.Babayev adına 144 nömrəli tam orta məktəbi ilə Lvov vilayətinin təhsil müəssisələri arasında əməkdaşlıq müqaviləsi imzalanıb.Bakıda keçirilən "Beynəlxalq təcrübə mübadiləsi təlim keyfiyyətini yüksəldən vasitə kimi" mövzusunda elmi-təcrübi konfrans çərçivəsində qeyd olunan təhsil müəssisələrinin şagird və müəllim kollektivi ilə Lvov vilayəti Dövlət Departamentinin Elm və Təhsil İdarəsinin nümayəndələri arasında görüş təşkil edilib.Görüşlərin keçirilməsində əsas məqsəd beynəlxalq əlaqələri genişləndirmək və qarşılıqlı əməkdaşlıq çərçivəsində təhsilimizi daha da inkişaf etdirməkdən ibarətdir.Görüş zamanı direktor Həcər Mahmudova məktəbin fəaliyyəti və əldə etdikləri uğurlar haqqında qonaqlara ətraflı məlumat verdi. Məktəbin rəhbərliyi və ukraynalı qonaqlar təhsilin inkişafı üçün təcrübə mübadiləsinin vacib olduğunu vurğulayıblar.Eyni zamanda, ukraynalı qonaqlar yeni təlim üsulları əsasında qurulmuş dərslərdə də iştirak etmiş, şagirdlərin təqdimatında Azərbaycan –Ukrayna dostuğunu əks etdirən sərgiyə və ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər. Lvov vilayəti Dövlət Departamenti Elm və Təhsil İdarəsinin nümayəndələri təhsil əlaqələrinin ölkələrarası münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi