Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun xatirə lövhəsinin açılış mərasimi

05 yanvar 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin təşkilati dəstəyi ilə bu ilin aprel ayında cəbhə bölgəsində baş vermiş döyüşlər nəticəsində şəhid olmuş Binəqədi rayonu N.Babayev adına 144 saylı tam orta məktəbin keçmiş məzunu polkovnik-leytenant Sənan Axundovun xatirə lövhəsinin açılış mərasimi keçirilmişdir. Açılış mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Binəqədi bələdiyyəsinin sədr müavini Sabir Həsənov, 2 saylı Sahə İƏD üzrə nümayəndə Ləman Əliyeva, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Vüqar Abduləzimov, rayon sakinləri, şəhidin təhsil aldığı 144 saylı məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etmişdirlər. Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov açaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Sənan Axundov haqqında iştirakçılara məlumat vermiş və şəhid Sənan Axundovun qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğunu diqqətə çatdırmışdır. Çıxış edən “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Vüqar Abduləzimov, ehtiyatda olan polkovnik Rəşid Müslümov və 144 N-li məktəbin müəllimi Nübar Vəliyeva şəhid haqqında xatirələrini söyləmiş, Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən işlərdən, orduya göstərilən diqqət və qayğıdan söhbət açaraq, bu gün qüdrətli Azərbaycan ordusunun öz torpaqlarını hər an azad etməyə hazır olduğunu, dövlət, xalq və ordunun birliyinin sarsılmazlığını dilə gətirmişlər.Şəhidin atası Tahir Axundov çıxış edərək şəhidlərə və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə respublika rəhbərliyinə dərin minnətdarlığını ifadə etmişdir.Sonra Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov və şəhidin atası Tahir Axundov birlikdə lövhənin üzərindən örtüyü götürmüşlər. Lövhənin önünə iştirakçılar və məktəb kollektivi tərəfindən tər gül dəstələri qoyulmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi