28 May-Respublika Günü

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 28 May-Respublika Günü.Kiçikdən böyüyə hər bir Azərbaycan vətəndaşı bu tarixə hörmətlə yanaşmalı, onun mahiyyətini dərk etməli, gələcək nəsillərə ötürməlidir.Bu münasibətlə məktəbin ibtidai sinif müəllimi Səbinə Novruzovanın 1 b sinif şagirdləri ilə keçirdiyi təşkilat saatı diqqətəlayiqdir.Məqsəd şagirdlərdə bu şanlı tarix haqqında ilkin fikirləri formalaşdırmaq, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdir.Bu mövzya həsr olunmuş şeirlərin söylənilməsi , bir- birindən maraqlı olan təqdimatlar azyaşlı şagirdlərin açıq düşüncəyə yönəlmələrindən xəbər verir.