"Fizika gecəsi"

Məktəbimizin fizika müəllimlərinin və UBR-in təşkilatçılığı ilə "Fizika gecəsi" viktorina-tədbir keçirildi. Viktorinada 3 komandaya bölünmüş şagirdlər xüsusi hazırlanmış sualları cavablandırmaq üçün məsələləri həll edir, sağlam rəqabət apararaq yarışırdılar. Fasilələrdə isə şagirdlərin ifasında mahnılar səsləndirildi, fləşmob göstərildi, fizika haqqında maraqlı məlumatlar çatdırıldı, eyni zamanda digər şagirdlər fizikadan təcrübələr apardılar.
Tədbirin sonunda qalib komanda iştirakçıları sertifikatla təltif olundular.