Ekskursiya: Quşların öyrənilməsi .
Sinif : 7B
Müəllim: Bayramzadə Fəzilə
Dərs: Biologiya
Mövzu: Ekskursiya quşların öyrənilməsi .
Məqsəd: Ərazidə məskunlaşan quşların müxtəlifliyi haqqında mülahizəlrini şərh edir.
Quşların fəaliyyəti nəticəsində baş verən dəyişikliklərə dair hesablamalar aparır və nəticələri ümumiləşdirir. Bakı Zooloji Parkı yalnız əyləncə məkanı deyil, həmçinin, elmi-maarifçilik müəssisəsi funksiyasını daşıyır. Zooloji Parkda keçirilən dərslər uşaqlar və gəncləri əyləndirərək maarifləndirir. Bu prosesin uşaqlar üçün bir sıra üstünlükləri var:
Əyləncəli fəaliyyətlər uşaqları daha yaxşı öyrənməyə həvəsləndirərək, onlarda uzunmüddətli yaddaşı təmin edir.
Uşaqları monoton və darıxdırıcı təhsildən uzaqlaşdırır.
Onlar arasında sağlam rəqabətin inkişafına kömək edir.
Yeni vərdiş və bacarıqlar formalaşdırır.
Onların gizli istedadlarını ortaya çıxarır. Bütün bunlar isə balacalarda təbiətimizə qarşı qayğı və sevgi hissinin formalaşmasına, təbiətin insanların həyatında mühüm rol oynadığını dərk etmələrinə yardımçı olur. Uşaqların bu cür tədbirlərdə iştirakı onlarda həmçinin, təbiəti qoruma şüurunun formalaşdırılması və ekoloji tərbiyənin təbliği baxımından da mühüm əhəmiyyət kəsb edir.