144 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

144 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə Binəqədi rayon Binəqədi Bələdiyyəsi sədr müavini Toğrul Babayev, Binəqədi rayon Binəqədi Bələdiyyəsi komissiya sədri Nərgiz Şərifova, Binəqədi rayon Binəqədi Bələdiyyəsi komissiya üzvü, YAP Binəqədi rayon Təşkilatının məsul işçisi  Kübra Heydərli, İnnovativ Learnin Netvork İcmasının rəhbəri Mehriban Məlikova, məktəbin şagird, müəllim və valideynləri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan 144 nömrəli məktəbin direktoru İlahə Həmidova qonaqları salamlayaraq qeyd etdi ki, Ulu Öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunədir və unudulmaz tarixdir.

Tədbirdə YAP Binəqədi rayon Təşkilatının əməkdaşı, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin komissiya sədri və digər əməkdaşlar ulu öndərin zəngin həyat yolu, ölkəmizin firavanlığı naminə icra etdiyi fəaliyyətlər barəsində tədbir iştirakçılarına geniş məlumat verdilər.

Sonra bədii hissə üçün söz 144 nömrəli məktəbdə təhsil alan şagirdlərə verildi. Şagirdlərin ifasında müxtəfil səhnəciklər, şeirlər, rəqs, mahnı nümünələri, Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən videoçarxlar ilə tədbir davam etdirildi.

Tədbirin digər maraql hissəsi isə Binəqədi rayon Bələdiyyəsinin təşkilatçılığı ilə şagirdlər arasında keçirilən "Tarix yaradan şəxsiyyət" adlı inşa müsabiqəsinin qaliblərinin elan olunması oldu.

Müsabiqə qaliblərinə Təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim olundu.

Eyni zamanda ulu öndərin 100 illik yubileyi münasibətilə ilə məktəbdaxili keçirilən videoçarx və şeir müsabiqələrinin qalibləri də təltif edildilər.

Tədbirin ərsəyə gəlməsində danılmaz zəhməti olan Məktəbdənkənar və sinifdən xaric işlər üzrə təşkilatçı Kəmalə Mirzeliyeva ,məktəbin tarix müəllimi Mədinə Əsgərova, müsiqi müəllimi Təranə Hüseynova , psixoloq Səbinə Orucova ,şagird və valideynlərə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi