"Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" ilə əlaqədar Bəhram Bağızadənin "Şuşa" kitabının təqdimatı keçirildi.

Məktəbimizin kitabxanaçısı və Uşaq Birliyi Rəhbərinin təşkilatçılığı ilə "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" ilə əlaqədar olaraq 5-ci sinif şagirdləri ilə birlikdə Bəhram Bağızadənin Şuşaya həsr olunmuş "Şuşa" kitabının təqdimatı keçirildi.
Şagirdlər xalq şairi Xurşudbanu Natəvan, dahi bəstəkar Üzeyir Hacıbəyov, şair Molla Pənah Vaqifin personajlarını yaratmış, maraqlı səhnəciklər oynamışlar. Şagirdlərin Şuşanın tarixi və yetişdirdiyi dahi şəxsiyyətlər haqda danışdıqları məlumatlar vətənpərvərliyin təcəssümü idi. Eyni zamanda şagirdlər "O olmasın, bu olsun" operettasından bir hissəni də ifa etdilər.