“Vətənə sevdalılar” kitabının müəllifi şairə Sevda İbrahimli ilə görüş

Məktəbimizdə sinif müəllimi Ceyhunə Novruzovanın təşkilatçılığı altında 4B sinif şagirdləri ilə “Vətənə

sevdalılar” kitabının müəllifi şairə Sevda İbrahimli ilə görüş keçirilmişdir. Şagirdlərin ifasında kitabda toplanmış, şəhidlik

zirvəsinə ucalmış vətən övladlarının igidliyindən və talelərindən bəhs edən şeirlərdən

nümunələr təqdim olunmuş, həmin şeirlərə bəstələnmiş mahnılar səsləndirilmiş, şəhidlər

haqqında videoçarx göstərilmişdir. Tədbirdə məktəbin direktoru İlahə Həmidova öz çıxışında

şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsində belə kitabların xüsusi yerini vurğulamış, belə

tədbirlərin uşaqların vətənpərvər ruhda böyüməsində ciddi rolundan danışmış, tədbir

iştirakçılarına duyğusal anlar yaşatdıqları üçün 4b sinif şagirdlərinə təşəkkür etmişdir. Sonda

kitabın müəllifi Sevda İbrahimli və redaktoru Gülnar İbrahimli ürək sözlərini söyləmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi