"Aprel qəhrəmanları" adlı “dəyirmi masa “

Məktəb kitabxanasında 7a sinfinin şagirdləri ilə "Aprel qəhrəmanları" adlı “dəyirmi masa “keçirildi.
Dəyirmi masa Aprel döyüşlərində Vətən uğrunda canını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı.
Bu “dəyirmi masa “məktəbimizin şagirdi olmuş, Aprel şəhidi polkovnik- leytenant Sənan Axundova həsr olunmuşdur. Kitabxanaçı Ləman Qurbanova hadisələr haqqında geniş məlumat vermiş,Aprel döyüşlərinə həsr olunmuş videoçarxa baxılmışdır. Daha sonra şagirdlərin hazırladıqları Sənan Axundovun həyat və döyüş yolunu,
qəhrəmanlığını əks etdirən videoçarxa da baxıldı.
Bu cür tədbirlərin keçirilməsi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsini təmin etməkdə böyük rol oynayır.
Vətən uğrunda canından, qanından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik.