“ Özünə bir yaxşılıq et, oxu!”

Məktəbin sinif müəllimi Aksana Safarovanın rəhbərliyi altında 3A sinif şagirdləri ilə 2 aprel “ Beynəlxalq Uşaq Kitab Günü”nə həsr olunmuş “ Özünə bir yaxşılıq et, oxu!” devizi çərçivəsində mütaliə aylığı keçirilmişdir. Aylıq zamanı fəal iştirak edən şagirdlər diplomlarla təltif olunmuşlar.Nisbətən az mütaliə edən şagirdlərə isə həvəsləndirmək məqsədi ilə müəllim tərəfindən kitab hədiyyə edilmişdir.