8 Mart - Beynəlxalq Qadınlar Günü “ Müasir Azərbaycan qadının obrazı"

07.03.2023-cü il tarixdə məktəb kitabxanasında Uşaq Birliyi Rəhbəri Züleyxa Soltanovanın və kitabxanaçı Ləman Qurbanovanın təşkilatçılığı altında 7a sinfinin şagirdləri ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “ Müasir Azərbaycan qadının obrazı" adlı “dəyirmi masa” keçirilmişdir. Şagirdlərin hazırladığı Mehriban xanım Əliyeva həsr olunan slayd göstərildi. “ Dəyirmi masa”da şagirdlər Birinci xanımın həyat və yaradıcılığından, gördüyü işlərdən danışdılar. Mehriban xanım Əliyevanın Azərbaycan xanımları üçün ideal qadın obrazı olduğu vurğulandı.