Milli Elmlər Akademiyası Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutuna ekskursiya

Bu gün Məktəbdənkənar və Sinifdənxaric işlər üzrə təşkilatçı Kəmalə Mirzəliyevanın rəhbərliyi ilə məktəbin 8 A sinif şagirdləri Azərbaycan Milli Elmlər Akademiyası Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda qonaq oldular. Memorial muzeyin müdiri Reyhan Əliyeva şagirdlərə muzey haqqında ətraflı məlumat verdi. 27 nömrəli laboratoriyanın mütəxəssisi Lalə Hüseynova isə Azərbaycanda neft kimyasının əsasını qoymuş kimyaçı alim Yusif Məmmədəliyevn ixtiraları, elmi fəaliyyəti və nailiyyətləri barədə danışdı.
Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.