“İdman həftəsi” – III gün.

“İdman həftəsi” – III gün.

27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilməsi nəzərdə tutulmuşdur. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

“İdman həftəsi”nin üçüncü günü “İdman viktorinası”bəndini reallaşdırmaq məqsədilə martın 1-də öncədən tərtib olunmuş proqram həyata keçirildi.

Məktəbin fiziki tərbiyə müəllimlərinin təşkilatçılığı ilə keçirilən “İdman viktorinalar”ı şagirdlərin idman haqqında olan biliklərinin yada salınmasına, təkmilləşdirilməsinə təkan verdi, cəldlik, çeviklik kimi vərdişləri aktivləşdirdi ,yüksək rəqabət hissi ilə yadda qaldı.

İdman həftəsi davam edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi