"İdman həftəsi” – II gün.

"İdman həftəsi” – II gün.
27 fevral – 3 mart tarixlərində 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində Elm və Təhsil Nazirliyi tərəfindən ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” keçirilməsi nəzərdə tutulmuşdur. "İdman həftəsi” layihəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.
“İdman həftəsi”nin ikinci günü “İdman nailiyyətləri olan idmançılarla görüş” bəndini reallaşdırmaq məqsədilə fevralın 28 – də öncədən tərtib olunmuş proqram həyata keçirildi.
“İdman nailiyyətləri olan idmançılarla görüş”də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının bir qrup idmançı tələbələri məktəbin idmançı şagirdləri ilə görüşdülər. Görüşdə idmançı tələbələr əldə etdikləri qələbələrin böyük əzmkarlıq və daim öz üzərində işləmələrinin, özünü inkişaf etdirmənin nəticəsində nail olduqlarını qeyd etdilər. İştirakçılar bu görüşdən böyük məmnunluq hissi ilə ayrıldılar.
İdman həftəsi davam edir.