“İmtahan öncəsi stresin aradan qaldırıması”.

“ İdman həftəsi” çərçivəsində “İmtahan öncəsi stresin aradan qaldırıması”.
Şagirdlərdə İmtahan öncəsi stresin aradan qaldırılması məqsədi ilə fevralın 27-də məktəbin psixoloqu Səbinə Orucova IX siniflərlə "İmtahan həyəcanı və onun aradan qaldırılması" mövzusunda seminar keçirdi.
Seminarda mövzu ilə bağlı şagirdlərə ətraflı məlumat verildi. Bildirildi ki, imtahan həyacanının orqanizmdə yaratmış olduğu psixosomatik təsirlər imtahan nəticələrinə mənfi təsir göstərə bilər. Bu halın baş verməməsi üçün şagirdlərə müxtəlif psixoloji texnikalar təqdim olundu, imtahandan əvvəl və imtahan günü üçün tövsiyyələr verildi.