“ Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili”

27.02.2023 - cü il tarixdə Sənayə və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri məktəbimizdə qonaq oldular. Məktəbdənkənar və Sinifdənxaric işlər üzrə təşkilatçı Kəmalə Mirzəliyevanın təşkilatçılığı ilə “ Ümumi təhsil müəssisələrində peşəyönümü xidmətinin təşkili” mövzusunda keçirilən tədbirdə qonaqlar IX sinif şagirdlərinə düzgün peşə seçiminin mahiyyətindən, peşəyönümünün müxtəlif istiqamətlərindən maraqlı məlumatlar verdilər.
Sonda qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırdılar.