“Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.

Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi.

26 Fevral– Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Xocalı-bəşəriyyətə qarşı tarixi cinayət” mövzusunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir.

Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi 6 Nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirin məqsədi Xocalı Soyqırımının 31-ci ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycan tarixinin təbliği və istedadlı şagirdlərin təsviri sənət üzrə bacarıqlarının inkişaf etdirilməsi olmuşdur.

Müsabiqədə məktəbin 8 B sinif şagirdi Nisə Muradova iştirak etmiş və fərqlənmə diplomu ilə təltif edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi