Xocalı Faciəsinin 31 - ci il dönümünə həsr olunmuş dəyirmi masa

Bu gün məktəbimizin kitabxanasında məktəbin kitabxanaçısı Ləman Qurbanova və Uşaq Birliyi Rəhbəri Züleyxa Soltanovanın təşkilatçılığı ilə “dəyirmi masa “keçirildi. “Dəyirmi masa “videoçarx müsabiqəsində qalib olan 7b sinfinin şagirdlərinin hazırladığı videoçarxa baxışla başladı. UBR və kitabxanaçı Xatirə xanım Xocalı faciəsinin tarixindən, bu faciəyə səbəb olan mənfur düşmənlərin amansızlıqla qətlə yetirdiyi əliyalın insanların faciəsindən, soyuq qış günündə öz ata-baba yurdunu tərk edən dinc əhalinin acısından söhbət açdılar. Daha sonra şagirdlərin Xocalı faciəsi haqda fikirləri dinlənildi, şeirlər söyləndi. Tədbirdə ll Qarabağ müharibəsində Vətən uğrunda canını fəda etmiş şəhidlərin də xatirəsi bir dəqiqəlik sükutla anıldı.