Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir

Bu gün məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Mirvari Fərəcovanın rəhbərliyi altında 5b sinif şagirdləri Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirtdilər.Tədbirdə şagirdlərə XX əsrin faciəsi olan Xocalı soyqırımı haqda geniş məlumat verildi.Tədbirdə Xocalı faciəsini əks etdirən videoçarx göstərildi, daha sonra şagirdlərimizin ifasında Xocalı faciəsinin ağrılarını ifadə edən şeirlər səsləndirildi.