"Ana dilim" Zəminə Əliyeva

21 fevral 2023-cü il tarixdə məktəbin sinif müəllimi Zəminə Əliyevanın rəhbərliyi ilə 4a sinfində 21 fevral-Beynəlxalq Ana Dili Günü münasibəti ilə "Ana dilim" adlı sinifdaxili "dəyirmi masa “ keçirilib.Tədbir çərçivəsində Beynəlxalq Ana dili Gününün yaranma tarixi haqqında məlumat verilib, məktəblilərin ifasında Ana dilimizə həsr olunmuş şeir və mahnılar səslənib.Zəminə müəllim şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açıb. Tədbir iştirakçıları Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənməyin hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi