9-cu siniflərin monitorinq nəticələri təhlil edilir
Bu gün məktəbdə həm valideynlər, həm də şagirdlərlə görüş zamanı ümumi orta təhsil səviyyəsi üzrə buraxılış siniflərində aparılmış II monitorinq nəticələri təqdimedildi.Dekabr ayında aparılan ikinci monitorinqin nəticələri şagirdlərin və fənn müəllimlərinin iştirakı ilə müzakirə edildi. Onlar tərəfindan yaranan suallar məktəb heyəti tərəfindən cavablandırıldı. Sonra isə valideynlərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması" qaydaları barədə məlumat verildi.Məktəbin Fəaliyyət Planının 1.1.3.3 və1.1.3.7- ci bəndlərinə müvafiq olaraq 9-cu siniflərin ana dili və riyaziyyat fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə buraxılış siniflərində sınaq qiymətləndirilməsinin aparılması davam edir.