Məktəbimizdə telefonlarla bağlı görülən tədbirlər
2021-ci ildə müəllim olaraq fəaliyyət göstərdiyim 221 saylı məktəbdə telefonların tədrisdə faydalı istifadəsi ilə bağlı araşdırmalarımın nəticəsini artıq həyata keçirməkdəyəm.
Bu gün direktor səlahiyyətlərini müvəqqəti icra etdiyim 144 saylı məktəbdə telefonlara ehtiyac olmasa, istifadəsini qadağan etmişik. Lakin telefonları tamamən həyatımızdan çıxartmamışıq, bu mümkün də deyil. Ehtiyac olarsa, telefonlar şagirdlərə paylanılır və müəllimlər tərəfindən tapşırılan işlər icra edilir, sonra telefonlar yenidən yığılaraq qutulara yerləşdirilir.
Telefonun faydalı tərəflərindən isə tədrisdə istifadə edərək həm şagird marağını artırır, həm telefondan düzgün istifadə mədəniyyətini formalaşdırmağa çalışır, həm də dərslərə interaktivlik qatırıq. Bu işlərin nizamlı tətbiqi isə peşəkarcasına və planlı icra edilməlidir, elə biz də buna nail olmağa çalışırıq. Videoda gördüyünüz şagirdlər riyaziyyat dərsində Kahoot veb aləti ilə tapşırıqlar həll edirlər, böyük maraq və həvəslə
2021-ci ildə 221 saylı məktəbdə şagirdlərim ilə icra etdiyimiz qısa tədqiqatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz.
https://fb.watch/iPrY6JRik3/?mibextid=NnVzG8