Gənc rəssamlarla görüş

Bu gün öz dəsti-xətti ilə tanınan gənc rəssam Nərmin Hüseynova məktəbimizin qonağı oldu. Məqsəd şagirdlərin yaradıcı yönlərini üzə çıxartmaq ,onlara təkan vermək və eyni zamanda gələcəkdə peşə seçiminə dəstək vermək idi.Şagirdlərlə bir araya gələn rəssam ilk öncə peşəyönümü istiqamətində söhbətə başladı,sonra şagirdlərin maraq və zövqlərini nəzərə alaraq onlara müəyyən tapşırıqlar verdi. Gənc rəssam şagirdlərə rənglərin sehrindən, onların insan psixoloqiyasına təsirindən söhbət açaraq ,kiçik taxta parçalarının üzərində naxış salmağı öyrətdi.
Sonda Nərmin xanım öz əl işlərindən birini məktəbə,şagirdlərin hazırladıqları maraqlı kompozisiyaları onların özünə hədiyyə olaraq təqdim etdi. Şagirdlər çox məmnun oldular və gənc rəssama yaradıcıllıq işlərində uğurlar arzuladılar.