Mentorların pedaqoji heyət ilə təlimləri
Hədəfimiz məktəbdaxili müəllim heyətinin peşəkar inkişafını düzgün tənzimləyən, insan faktorundan asılı olmadan doğru alqoritm ilə daim işləyən sistem yaratmaqdır.
Daha detallı desək...
Məktəb İnkişaf Planı hazırlanarkən məktəbin idarəetmə heyətinin əsas üzvləri və fənn metodbirləşmə rəhbərlərinin öyrətmə və öyrənmə sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi, bunu digərlərinə effektiv şəkildə çatdırmaq əsas hədəflərimizdən biri olmuşdur
Elə bu səbəbdən pedaqoji heyət üzvlərinin əməkdaşlığını və qabaqcıl təcrübə mübadiləsini əhatə edən sistemin yaradılması üçün müzakirələr edərək, effektiv planlamalar və müvafiq qeydiyyatlar apardıq.
️ Ətraflı, dəqiq və fərdiləşdirilmiş təlim proqramı və peşəkar inkişafla bağlı təlimçi mentorların hazırlanması başlanıldı. Məktəb rəhbərliyi tərəfindən mentorların hazrlanması və seçimi üçün silsilə təlimlər keçirildi, pedaqoji heyət arasından qabaqcıl təcrübəyə malik müəllimlərin mentorluq fəaliyyətinə cəlb edilməsi üçün təlim proqram paketləri hazırlandı.
Mentorların pedaqoji heyət ilə təlimləri artıq start götürmüşdür. Təlimlərin effektivliyi tam öz təsdiqini tapdıqdan sonra mentorların təlimlərinə digər məktəb müəllimlərinin də dəvət olunması planların işlər arasındadır.
Unutmamalıyıq ki, məktəbin peşəkar inkişafı ilə bağlı görülən işlər hər zaman şagird nailiyyətlərində müsbət təsir ilə müşahidə olunur.
P.s Video süjeti hazırlayan isə məktəbimizin 11B sinif şagirdi Rəsulov Rəvan olmuşdur. Şagirdimizə minnətdaram.