Zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər

       13.02.2023 – сü il tarixdə Bakı şəhəri, N. Babayev adına 144 № - li tam orta məktəbin yuxarı sinif şagirdləri ilə Binəqədi Rayon Polis İdarəsinin 7 – ci bölməsinin rəisi polkovnik-leytenantı Tuncay Abbasov , Yetkinlik yaşına çatmayanlarla işlər üzrə inspektor polis mayoru Kamil Şərifov, sahə rəisi polis mayoru Şahin Sadıqov , əməliyyat müvəkkili polis mayoru Fərid İsayev , Narkotiklə Mübarizə Bölməsinin rəisi polis kapitanı Elton İsayev, Yetkinlik yaşına çatmayanlarla işlər üzrə inspektor polis leytenantı Lalə Əliyeva tərəfindən “Narkomaniyaya yox deyək ! “ mövzusunda maarifləndirici tədbir keçirildi.

       BRPİ – in 7 – ci bölməsinin rəisi Tuncay Abbasov zərərli vərdişlərlə mübarizədə maarifləndirici görüşlərin əhəmiyyətini vurğulayaraq yeniyetmələri sağlam həyat tərzi keçirməyə , ətraf aləmin gözəlliklərindən, təbiətdən, mütaliədən, maraqlı insanlarla ünsiyyətdən zövq almağa çağırdı.

       Daha sonra Yetkinlik yaşına çatmayanlarla işlər üzrə inspektor polis leytenantı Lalə Əliyeva şagirdlərə zərərli vərdişlərin insan orqanizminə göstərdiyi mənfi təsirlər haqda geniş məlumat verdi.

      Tədbir şagirdlər tərəfindən çox maraqla qarşılandı və onları düşündürən suallar ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi