İbtidai sinif müəllimləri ilə WEB 2 alətləri üzrə təlim keçirildi.
Məktəbin idman müəllimi Ayxan Hüseynlinin mentorluğu ilə şagirdlərin fənnə olan marağının artırılmasını təmin etmək və fənlərin inteqrativ tədrisini həyata keçirmək məqsədi ilə məktəbdə ibtidai sinif müəllimlərinin peşəkar inkişafına yönəlmiş WEB 2 alətləri üzrə təlim baş tutdu.
Təlim zamanı ibtidai sinif müəllimləri Kahoot veb2 alətində müxtəlif məzmunda sualların hazırlanması və həm dərs zamanı istifadəsini, həm də ev tapşırığı kimi necə təyin edəcəklərini öyrəndilər.
Təlimin sonunda müəllimlər birlikdə düzəltdiyi oyunu mentorun nəzarəti ilə işləmiş və öz nəticələri ilə tanış olmuşlar. Web 2 alətlərinin öyrənilməsi və dərslərdə tətbiqi müəllimlərin böyük marağına səbəb olmuşdur.