" Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir

07.02.2023- cü il tarixində " Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi "nin təşkilatçılığı ilə İctimai Birliyin təlimçisi Samirə Süleymanova tərəfindən məktəbin 6-cı sinfində təhsil alan qızlarla " Reproduktiv sağlamlıq" mövzusunda maarifləndirici tədbir həyata keçirildi.Tədbirdə şagirdlərə reproduktiv inkişaf, cinsi yetişkənlik dövrü, fiziki və psixoloji göstəricilər haqqında geniş məlumat verildi. Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırıldı, profilaktik tədbirlər haqqında fikirlər səsləndirildi.