Surxayın növbəti uğuru
Məktəbin 9-cu sinif şagirdi Nadirzadə Surxay daha bir uğura imza atdı. Onun adı və müxtəlif xalqların nağıllarını ıks etdirdiyi rəsmlər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının birgə hazırladığı "Hər çiçəyin öz ətri var" adlı uşaq yeniyetmələrin rəsm əsərlərinin kataloquna daxil edilmişdir. 23 dekabr 2016-cı il tarixdə Xətai Sənət Mərkəzində kataloqun təntənəli surətdə təqdimatı keçirildi. Surxayı təbrik edir və ona uğurlar arzulayırıq.