Binəqədi rayonunda “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” yaradıcılıq müsabiqəsinə start verildi
Azərbaycan Prezidentinin 2016-cı il 11 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" çərçivəsində Binəqədi rayon orta ümumtəhsil məktəblərində “Tolerantlıq, Multikulturallıq, Həmrəylik!” adlı yaradıcılıq müsabiqəsinə start verilmişdir.Müsabiqə Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və rayon Gənclər və İdman İdarəsi tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq keçirilir.Müsabiqəyə ilk olaraq 23 dekabr 2016-cı il tarixdə 144 nömrəli tam orta məktəbdən başlanılmışdır. Tədbirdə münsiflər heyətinin, müəllim və şagirdlərin “Multikulturalizm və tolerantlıq” haqqında çıxışları dinlənilmişdir. Çıxışlarda qeyd olunmuşdur ki, əsrlər boyu Azərbaycan müxtəlif millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı ölkə kimi tanınıb, bu gün də ölkədə tolerantlıq prinsiplərinə əsaslanan siyasət aparılır. Sonra məktəblilər müxtəlif dillərdə şeirlər söyləmiş, mahnılar ifa etmiş, rəqslər nümayiş etdirmişlər. Münsiflər heyəti tərəfindən çıxışlara baxılmış və qiymətləndirilmişdir. Qeyd edək ki, müsabiqədə fərqlənən ən yaxşı məktəblərin mükafatlandırılması 30 dekabr 2016-cı il tarixdə Respublika Stend Atıcılığı üzrə İdman Kompleksi nəzərdə tutulmuşdur.