04.02.2023- cü il tarixində növbəti Pedaqoji Şura iclası keçirildi.

Məktəbin İllik Fəaliyyət Planına uyğun olaraq 2022-2023-cü tədris ilinin I yarımilin yekunlarına dair Pedaqoji Şura İclası keçirilmişdir. Məktəbin direktoru İlahə xanım iclası açıq elan edərək iclasın gündəliyi ilə kollektivi tanış etdi.
Birinci yarımil ərzində təhsilin keyfiyyətinin artırılmasına dair görülən işlər, məktəbdaxili qiymətləndirmələrin nəticələri, IX, XI sinif şagirdlərinin buraxılış imtahanlarına hazırlığı, l yarımil üzrə görülmüş işlərin nəticələri barədə direktor müavinlərinin hesabatları dinlənildi.
İclasda bununla yanaşı məktəb mühiti, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili qiymətləndirmə, valideynlərlə işin qurulması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması kimi mövzulardan ətraflı danışıldı.
Məktəbin illik Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin II yarımil ərzində səmərəli şəkildə yerinə yetirilməsi, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması və daim diqqətdə saxlanılmasının vacibliyi vurğulandı.
Eyni zamanda pedaqoji Şurada məktəbin direktoru İlahə xanım Birinci yarımil ərzində fəal olan müəllimlərə və məktəbimizin gənc müəllimlərinə Həmkarlar İttifaqının təqdim etdiyi Fəxri Fərman və hədiyyələri təqdim etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.