“ Mətnlər üzərində işin təşkili" adlı təlim keçirildi

Məktəbin İnkişaf Planı çərçivəsində məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Abbasova Şəhla "Məktəbdaxili Qiymətləndirmə vəsaitlərinin hazırlanması zamanı Dövlət İmtahan Mərkəzinin nümunələrinə uyğun materialların hazırlanmasında istifadə olunan “ Mətnlər üzərində işin təşkili" adlı təlimə başladı. Təlimdə məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimləri fəal iştirak etdilər. Təlim zamanı V-XI siniflərdə mətnlə işin təşkili üzrə istifadə olunan üsullar və sual modelləri müzakirə və təhlil olundu. Təlimin əsas məqsədi buraxılış imtahanlarına hazırlaşan şagirdlərin qiymətləndirməsi zamanı bu üsullardan istifadə edərək mətn nümunələrin hazırlanmasını təşkil etməkdir. 3 saat davam edən təlimdə çay fasiləsi verilmiş, müəllimlərin fikirləri dinlənilmişdir.
Növbəti təlimlərdə Şəhla müəllimin mentorluğu ilə müəllimlərin hazırladığı nümunələr təhlil olunacaq və ən uyğun nümunələr seçilərək şagird qiymətləndirməsində istifadə ediləcəkdir.