"2 Fevral Gənclər Günü"nü X və XI sinif şagirdləri ilə birlikdə qeyd edildi.

2 Fevral Gənclər Günü münasibətilə məktəb rəhbərliyinin təşkilatçılığı ilə X və XI sinif şagirdləri arasında Kahoot platforması üzərində intellektual yarış keçirildi.
Azərbaycan və Azərbaycan gəncliyi ilə bağlı hazırlanan suallar şagirdlərin böyük marağına səbəb oldu. Maraqla keçən oyunda fasilələr zamanı istedadlı şagirdlərimizin ifasında musiqi nömrələri səsləndirildi .
FLL Azərbaycan seçim turunda iştirak etmiş məktəbimizin “ LeqoDesert” komandasının üzvləri yaratdıqları robotu şagirdlərə böyük həvəslə nümayiş etdirib , onunla bağlı geniş məlumat verdilər.
Yarışmanın sonunda qalib şagirdlər məktəb rəhbərliyi tərəfindən maraqlı hədiyyələrlə təltif olundular .
Tədbir şagirdlərin əyləncəli oyunu ilə sonlandı.