Şəhidimiz Murad Məmmədlinin əziz xatirəsi yad edildi.

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər!
B. Vahabzadə.
Bu Vətəndə minlərlə oğullar yetişib, böyüyüb, öz canını bu Vətənə qurban deyib, "şəhid" adını qazanıblar. Onlardan biri də məktəbimizin şagirdi olmuş, II Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, şəhid olmuş Murad Məmmədlidir. Muradın dünyaya göz açdığı günü nəzərə alaraq məktəb rəhbərliyi şəhid Murad Məmmədlinin ailəsinə qonaq oldular. Şəhidin anası, bacısı, xalası ilə həmsöhbət oldular. Onun məktəb illərindəki xatirələrindən, döyüşdə göstərdiyi şücaət və qəhrəmanlıqlarından danışdılar. Şəhid anasının dərdinə həmdəm olmaq, şəhidlərin əziz xatirəsini daim yaşatmaq hər birimizin müqəddəs borcudur.