"Qadınlar STEM"də festivalı

Yanvarın 28-də qızların STEM təhsili, eləcə də gələcək fəaliyyətlərinə həsr olunmuş "Qadınlar STEM"də festivalının açılış mərasimi keçirilib.
Açılış mərasimində Elm və Təhsil naziri Emin Əmrullayev, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.
“QadınFest” və “Women in Tech” platformalarının təşkilatçılığı ilə baş tutan festivalda ictimai xadimlər və STEM mütəxəssisləri çıxış ediblər.
Festival çərçivəsində tələbə və mütəxəssislər üçün əmək yarmarkası, uşaqlar üçün STEM üzrə müxtəlif ustad dərsləri təşkil olunub.
Festival təşkilatçıları STEM sahələri, eləcə də tələbə və gənc mütəxəssislərə iş tapmaq imkanları barədə məlumat veriblər.
Bakı şəhəri Binəqədi rayonu N. Babayev adına 144 nömrəli tam orta məktəbin şagird və valideynləri də festivalda iştirak etmiş , təqdim olunan təlimlərdən yararlanmışlar.