20 Yanvar hadisələrini yenidən anmaq elə yenidən "yaşamaq" deməkdir.
Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin 10 yanvar 2023-cü il tarixli 3-29/3-2-03F/202 nömrəli əmri ilə ölkənin ümumtəhsil müəssisələrində 20 yanvar faciəsi ilə bağlı keçiriləcək tədbirlər planına əsasən faciənin 33-cü ildönümünə həsr olunmuş dərslər keçirildi.
Xc sinfində şagirdlərlə 20 Yanvar hadisələri ilə əlaqədar apardığımız müzakirə və söhbətlərdə xüsusilə onların fikirlərini dinləmək maraqlı idi. Onların şəhidlərə, onların ailələrinə həssaslıqla yanaşmaları və "Şəhidlərin xatirəsini yaşatmaq üçün əlimizdən gələni etməliyik və edəcəyik" demələri bir daha sübut etdi ki, onlar əsl vətənpərvər gənclərdir, onlara doğru yöndə təlim-tərbiyə verə bilmişik. Onların məktəbin müəllim və şagirdlərindən 20 Yanvar hadisələri ilə əlaqədar müsahibə hazırlamaq fikirlərini dərhal alqışladım.
20 Yanvar hadisələrini yenidən anmaq elə yenidən "yaşamaq" deməkdir. Həmin anı, yaşadıqlarımı onlarla bölüşmək çox ağrılı, amma qürurvericidir. Çünki Şəhidlər qürur yerimizdir.