lX, X, XI sinif şagirdləri ilə 20 Yanvar hadisələrindən söhbət edildi
20 Yanvar hadisələrinin 33-cü ildönümü ilə əlaqədar olaraq məktəbin direktoru İlahə Həmidova lX, X, XI sinif şagirdləri ilə 20 Yanvar hadisələrindən söhbət açmışdır. O, 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıda Sovet ordusu tərəfindən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın barədə ətraflı məlumat verib, hadisələrin törədilməsində əsas məqsədin Azərbaycan xalqının istiqlaliyyət, azadlıq, suverenlik istəyinin boğulmasından, insanların müstəqillik arzularının əzilməsindən ibarət olduğunu da qeyd etmişdir. Tədbir zamanı 20 Yanvar hadisələri təhlil edilmiş, hadisənin siyasi qiymətindən, xalqımızın tarixindəki əhəmiyyətindən danışılmışdır. Tədbirdə şagirdlərlə birgə qəhrəmanlıq salnaməsinin müəlliflərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilmişdir.