Xəlil Rza Ulutürkün 90 illiyi münasibətilə keçirilən dəyirmi masa
Xalqın istiqlal carçısı, vətənpərvər, türkçü, mübariz oğlu Xəlil Rza Ulutürkün 90 illiyi münasibətilə 18.01.2023- cü il tarixdə məktəbin Ədəbiyyat müəllimi Radə Məmmədovanın rəhbərliyi altında 8A və 5C sinif şagirdləri ilə məktəb kitabxanasında “dəyirmi masa” keçirilmişdir.
Tədbirdə Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən xalq şairinin keçdiyi həyat yolu, milli mübarizəsi müzakirə edilmiş, "Təbrizim", "Azadlıq" və s. şeirləri səsləndirilmişdir.