16.01.2023- cü il tarixdən məktəbimizdə I yarımil üzrə Böyük Summativ Qiymətləndirməyə start verildi

Böyük Summativ Qiymətləndirmələr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Məktəbdaxili qiymətləndirmənin təşkilinə dair tövsiyələr"lə bağlı 15.09.2021-ci il tarixli, 03- 08- 681/13 nömrəli təlimati məktubuna əsasən təşkil olundu.
Böyük Summativ Qiymətləndirmələrin keçirilmə qrafiki təsdiqlənmiş və cədvəl 14 yanvar 2023-cü il tarixədək şagird və valideynlərin nəzərinə çatdırılmışdır.