“Sağlam və rasional qidalanma”

13.01.2023- cü il tarixində IV sinif şagirdləri ilə “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndiruci söhbət aparıldı. Məktəb psixoloqu Orucova Səbinə xanım və məktəbin tibb işçisi Babayeva Səbinə xanım şagirdlərə qeyri- düzgün qida rasionunun qurulmasının orqanizmdə nə kimi fəsadlar törədə biləcəyi, hansı xəstəliklərə yol aça biləcəyi barədə, eyni zamanda , sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri, qidaların hansı vitamin və minerallarla daha zəngin olması haqqında şagirdlərə məlumat verdilər. Sonda isə şagirdlərin fikirləri dinlənildi.