"Biliyini paylaş" layihəsi Misir piramidalarına səyahət

           30.12.2022 ci il tarixində 7 nömrəli məktəbin Riyaziyyat müəllimi Şəhla Yolçuyevanın təşkilatçılığı ilə inteqrativ açıq dərs keçirildi.

Mövzu üzrə Şəhla Yolçuyeva texnologiya, tarix, coğrafiya, informatika, biologiya fənlərinə inteqrasiya edərək şagirdlərin və dərsdə iştirak edən qonaqların böyük marağına səbəb oldu. Dərsin gedişində məktəbin tarix müəllimi Yeganə Misirzadə Misir piramidalarından məlumat verərək tarix dərsinə inteqrasiya etmiş oldu. Dərs zamanı plastlin və çöplərdən istifadə edərək həm qonaqlar, həm də şagirdlər müxtəlif fəza fiqurlarını hazırlayıb əyani vəsait təqdim etdilər. Qeyd edək ki, dərs əsnasında gözlənilmədən 7 nömrəli məktəbin ingilis dili müəllimi piramidalar haqqında ingilis dilində nitq söylədi və şagird həmin nitqi Azərbaycan dilinə tərcümə etdi. Dərsin əsas maraqlı məqamlarından biri isə 3D VR eynəklərdən istifadə olunaraq fəza fiqurlarının xüsusiyyətlərini daha dərindən mənimsənilməsi üçün Misir piramidalarına səyahət edildi.

           Şagirdlər piramidaların tikilişində hansı fiqurlardan istifadə olunduğunu daha yaxından görməyə nail oldular.

Təşkil edilən açıq dərsdə 144 nömrəli məktəbin direktoru İlahə Həmidova, "Biliyini paylaş" layihəsi üzrə komandanın üzvü Nərgiz Hacızadə, layihə üzrə komandanın mentoru Yolçuyeva Lütviyyə, 7 nömrəli məktəbin direktoru Könül Təhməzova, komanda üzvləri 7 nömrəli məktəbin müəllim və müavinləri də iştirak edib, dərs haqqında düşüncələrini bölüşdülər.

       Sonda isə dərsin müzakirəsi təşkil edildi və əməkdaşlığın davamlılığını təmin etmək, biliklərin paylaşılması üçün qarşıdakı günlərdə reallaşacaq işlər planlaşdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi