“ Biliyini paylaş” layihəsi üzrə işlərimiz davam edir... 4b sinfi

     “ Biliyini paylaş” layihəsi üzrə işlərimiz davam edir...

      30 dekabr 2022-ci il saat 08:00 -da Bakı şəhəri N.Babayev adına 144 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən “Biliyini paylaş” layihəsi üzrə görüş təqdim edilmişdir. Layihə üzrə komanda üzvü olan 144 nömrəli məktəbin Rəqəmsal bacarıqlar və STEAM müəllimi Hacızadə Nərgiz ibtidai sinif müəllimi Novruzova Ceyhunə ilə rəqəmsal bacarıqlar fənnindən inteqrativ nümunəvi dərs təqdim etdilər. Dərsin məqsədi aşağı siniflərdə proqramlaşdırma və nitq bacarıqlarınının birlikdə inteqrasiyası idi. Belə ki, dərsdə Azərbaycan dili 4cü sinif dərsliyində olan "Kirpinin düz sözü" təmsilini şagirdlər Scratch proqramlaşdırma dilindən istifadə edərək animasiyasını hazırlayıb əyani olaraq izlədilər. Qeyd edək ki, animasiya ekranlarda canlanarkən, şagirdlərdə həmin təmsildən olan hissələri öz nitqləri ilə dilə gətirdilər. Bu inteqrativ dərs şagirdlərin böyük marağına səbəb oldu. Daha sonra isə komanda üzvümüz Hacızadə Nərgiz Veb2 aləti olan "Bamboozle" oyun alətindən istəfadə edərək tərtib etdiyi oyun əsaslı sualları şagirdlərə təqdim etdi. Şagirdlər komandalara bölünərək sağlam rəqabət apardılar.

     Fənn: Rəqəmsal bacarıqlar.

     Mövzu: Scratch proqramlaşdırmasında animasiya.

     Integrasiya: Azərbaycan dili və ədəbiyyat.

Qeyd edək ki, təşkil edilən nümunəvi dərsdə və müzakirədə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin direktoru İlahə Həmidova, direktor müavini Kəmalə Mirzəliyeva iştirak etmiş və öz fikirlərini bildirmişlər.

Mentor Lütviyyə Yolçuyeva tərəfindən dərs bəyənilmiş və növbəti dərsin planlaşdırılması aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi