Əhməd Cavadın anadan olmasının 130 illiyinə həsr olunmuş tədbir 8b sinfi

     2022-ci ilin son tədbiri olaraq cümhuriyyət şairi Əhməd Cavadın anadan olmasının 130 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Həcər Həsənovanın təşkilatçılığı ilə "İstiqlal şairi- Əhməd Cavad" adlı tədbir keçirildi.

Zəngin irsə malik, özünə məxsus dəsti xətti ilə seçilən, sevilən istiqlal şairimiz Əhməd Cavadın həyatı, zəngin yaradıcılığına toxunuldu. Şairin ən sevilən və ən unudulmaz şeirlər silsiləsindən "Çırpınırdı Qara Dəniz", "Can Azərbaycan", "Al bayraq", "Susmaram" və s. şeirləri səsləndirildi.

Tədbirin sonunda məktəbin direktoru İlahə Həmidova repressiya qurbanı olan Əhməd Cavaddan danışaraq şagirdlərə Azərbaycanın tarixini və mütəfəkkirlərinin keçdiyi yolu dərindən öyrənməyi tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi