“ Biliyini paylaş” layihəsi üzrə işlərimiz davam edir...Həyat bilgisi fənni
29 dekabr 2022-ci il saat 09:40 da Bakı şəhəri Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən “Biliyini paylaş” layihəsi üzrə beşinci görüş təqdim edilmişdir. Layihə üzrə komanda üzvü olan 30 nömrəli məktəbin ibtidai sinif müəllimi Vəliyeva Firəngiz, biologiya və STEAM müəllimi Qaçaylı Gülanə birlikdə əməkdaşlıq edərək Həyat bilgisi fənninin tədrisində, biologiya və STEAM fənləri ilə inteqrasiya edərək nümunəvi dərs təşkil etmişlər.
Fənn: Həyat bilgisi
Mövzu: Ətraf mühitin qorunması
Inteqrasiya: Biologiya, STEAM
Qeyd edək ki, təşkil edilən nümunəvi dərsdə və müzakirədə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin müəllimləri Kəmalə Mirzəliyeva , Nərgiz Hacızadə iştirak etmiş və öz fikirlərini bildirmişlər.
Məlumdur ki, ətraf mühiti qorumağın üsullarından biri də ağaclar əkmək və güllər yetişdirməkdir.
Mentor Lütviyyə Yolçuyeva tərəfindən 30 nömrəli məktəbə güllərin insan əli dəymədən suvarılması üçün mikrobit platası və servo mühərrikdən istifadə edərək hazırlanmış layihə dərsdə təqdin edilmiş və şagirdlərin marağına səbəb olmuşdur. Qeyd edək ki, dərs Mentor Yolçiyeva Lütviyyə tərəfindən bəyənilmiş və növbəti dərsin planlaşdırılması aparılmışdır.
30.12.2022- ci il tarixdə komanda üzvlərindən olan müəllimlərin inteqrasiyalı nümunəvi dərslərin keçirilməsi nəzərdə tutulmuşdur.