“ Biliyini paylaş” layihəsi üzrə işlərimiz davam edir ( 30 nömrəli məktəb)

       

      28 dekabr 2022-ci il saat 10:35 də Bakı şəhəri Vahid Əzizov adına 30 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən “Biliyini paylaş” layihəsi üzrə üçüncü görüş təqdim edilmişdir. Layihə üzrə komanda üzvü olan 30nömrəli məktəbin ingilis dili müəllimi Şücaət Vəliyeva biologiya fənni ilə inteqrasiya edərək nümunəvi dərs təşkil etmişdir.

Fənn: İngilis dili

Mövzu: “Cures all around the world”

Integrasiya: Biologiya

    Qeyd edək ki, təşkil edilən nümunəvi dərsdə və müzakirədə Bakı şəhəri N. Babayev adına 144 nömrəli tam orta məktəbin müəllimləri Kəmalə Mirzəliyeva , Nərgiz Hacızadə, Bakı şəhəri M. Rahim adına 7 nömrəli tam orta məktəbin kimya müəllimi Şəfiqə Cəfərova, riyaziyyat müəllimi Şəfiqə Yolçuyeva da iştirak etmiş və öz fikirlərini bildirmişlər.

    Mentor Lütviyyə Yolçiyeva tərəfindən dərs bəyənilmiş və növbəti dərsin planlaşdırılması aparılmışdır.

29.12.2022- ci il tarixdə komanda üzvlərindən olan müəllimlərin inteqrasiyalı nümunəvi dərslərin keçirilməsi nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi