Monitorinq 2 -nin yoxlanması prosesi

27 dekabr 2022- ci il tarixdə BŞTİ tərəfindən təhsil müəssisələrində MONİTORİNQ-2 təşkil olunmuşdur.
Məktəbimizin Tədris dili, ingilis dili, riyaziyyat fənn müəllimləri açıq tipli tapşırıqları yoxladılar.
Müəllimlərimizə təşəkkürümüzü bildiririk.
BŞTİ- nin bu il təşkil etdiyi monitorinq şagirdlərin bilik səviyyələrinin tam təhlil olunmasında faydalılığını getdikcə artırmaqdadır. Ümumi orta təhsil üzrə şagirdlərin biliklərinin yoxlanılması və bunun hər sinif səviyyəsi və paralel olaraq da hər sinif təlim nəticələrinin ( V, VI, VII, VIII) 9-cu sinif şagirdlərinin mənimsəmə səviyyəsinin yoxlanılması üçün ideal bir yanaşma olduğunu düşünürəm.
MONİTORİNQ1 -in təhlilləri həm ümumi sinif səviyyəsinə, həm də konkret sinif və şagirdlərə görə hərtərəfli aparılmışdır. Belə bir sistemli işi təşkil etdiyi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə öz təşəkkürümüzü bildiririk.