"Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş voleybol yarışması

Məktəbimizin X-XI sinif şagirdləri ilə məktəb rəhbərliyi və bir qrup müəllim arasında "Dünya Azərbaycanlılarının Həmrəylik Günü"nə həsr olunmuş voleybol yarışması keçirilmişdir. Yarışmanın əsas məqsədi isə yaxşı müəllim-şagird münasibətləri və xoş psixoloji-sosial mühitin yaradılması olmuşdur. Müəllim-şagird münasibətlərinin şagird-məktəb əlaqələrini nizamlayan mühüm amillərdən biri olduğunu unutmamalıyıq.