"Biliyini paylaş" layihəsi üzrə işlərimiz davam edir

"BİLİYİNİ PAYLAŞ " layihəsi üzrə işlərimiz davam edir...
23 dekabr 2022-ci il saat 13:05 də 144 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 18 noyabr 2022-ci il tarixli F-386 nömrəli əmrinə əsasən “Biliyini paylaş” layihəsi üzrə " ikinci görüş təqdim edilmişdir. Layihənin 1ci mərhələsində uğur qazanan 144 nömrəli məktəbin Rəqəmsal bacarıqlar və STEAM müəllimi (mentor), Yolçiyeva Lütviyyə tərəfindən inteqrasiyalı açıq dərs təqdim edilmişdir. Dərs komanda üzvləri nəzərə alınaraq hibrid formada təqdim edildi.
Fənn: STEAM
Mövzu: Nanoqurluşlar və nanotexnologiyalar.
Məqsəd: Suyadavamlı quş evinin hazırlanması
Keçirilən açıq dərs kimya və bilogiya fənni ilə inteqrasiyalı olduğundan M.Rahim adına 7 nömrəli tam orta məktəbin kimya müəllimi Cəfərova Şəfiqə müəllim dərsin kimyəvi bacarıq və biliklərini şagirdlərə çatdırmaq üçün dərsimizdə iştirak etdi. Qeyd edəki, dərs məqsədinin digər hissəsi isə STEAM-fənninə aid olduğu üçün bu hissəni Lütviyyə müəllim şagirdlərə çatdırdı. Sonda şagirdlər, özlərinin quş evlərini hazırladı. Şagirdlər öz yaradıcılıqları ilə quş evlərini rənglədilər. Bu evlərin rəngi hazırladığımız kimyəvi maddə sayəsində nə günəşin, nə yağışın nə də digər təsirlər nəticəsində solmayacaq.
Komanda üzvləri:
Hüseynova İlahə(görüşdə əyani iştirak etmişdir)
Vəliyeva Firəngiz( görüşdə onlayn iştirak etmişdir)
Əliyeva Şücayət( görüşdə onlayn iştirak etmişdir)
Qaçaylı Gülanə (görüşdə onlayn iştirak etmişdir)
Mərdanova Elnarə( görüşdə onlayn iştirak etmişdir)
Hacızadə Nərgiz( görüşdə əyani iştirak etmişdir)