"RoboGames 2022: Smart City

RoboGames" nədir?
"RoboGames 2022: Smart City" – 10-16 yaşarası məktəblilər üçün nəzərdə tutulan, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, ADA University-nin dəstəyi Mars Academy-nin təşkilatçılığı ilə keçirilən və şagirdlərin STEAM (elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat) sahəsində bacarıqlarını təkmilləşdirmələri məqsədilə təşkil edilən yerli layihə əsaslı robot texnologiyaları müsabiqəsidir.
"RoboGames" müsabiqəsi 24 və 25 dekabr tarixlərində dövlət/özəl tədris müəssisəsi olmaqla 41 məktəbin iştirakı ilə @ADA University-də baş tutacaqdır. İlk tur artıq başlayıb. Mübarizə davam edir.
İştirakçılar 3 fərqli kateqoriya və bir qalib komanda nominasiyası üzrə (hər gün üçün) mübarizə aparacaqlar. Kateqoriyalar aşağıdakı kimi qruplaşdırılmışdır:
Layihə və Araşdırma Bacarıqları
Əsas və Sosial Bacarıqlar
"Mars Academy" Xüsusi Mükafatı
Qalib Komanda (Çempion)