"Kod saatı: Rəqəmsal gələcəyə addım müsabiqəsi"

"Kod saatı: Rəqəmsal gələcəyə addım müsabiqəsi"nə qoşulan şagirdlərimizə uğurlar arzu edirik.
Qeyri-iş günü olmağına baxmayaraq, müsabiqəyə qoşulan şagirdləri kompüter və internet ilə təmin etmək üçün məktəbin kompüter otaqlarında şagirdlərimizin rahat müsabiqədə iştirakı təmin edildi.
Müsabiqə şagirdlərdə funksional savadlılığın inkişafına böyük təkan verir.
Şagirdlər müsabiqədə onlara təqdim olunan tapşırıqları yerinə yetirərkən kifayət qədər operativ və doğru qərar qəbul edərək müxtəlif cəhdlər etməlidirlər.
Şagirdlərimizə inamımız sonsuzdur. Ümid edirik ki, nəticələri yüksək olacaq.
Bu işdə şagirdlər ilə işləyən, onlara köməklik edən müəllimlərimizə isə minnətdaram.